İranda Fərid Səfərlinin məsələsinə bir daha baxılacaq

Hazırda oxunan: İranda Fərid Səfərlinin məsələsinə bir daha baxılacaq

157807

Baş prokuror Kamran Əliyev İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin işi ilə bağlı iranlı həmkarı ilə müzakirə aparıb.

Bizim.Media xəbər verir ki, bu barərə Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

K.Əliyev bildirib ki, iranlı həmkarından bu məsələyə bir daha diqqətlə baxmağı xahiş edib:

“Dedim ki, bu işlə bağlı humanizm prinsipləri nümayiş etdirilsin. O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq və prokurorluq humanizm prinsiplərini əsas götürərək öz mövqeyini ortaya qoyacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin