Zəngilan Konqres Mərkəzi Kompleksində müasir şərait YARADILIB - FOTO

Hazırda oxunan: Zəngilan Konqres Mərkəzi Kompleksində müasir şərait YARADILIB - FOTO

157757

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı edilən Zəngilan Konqres Mərkəzi Kompleksində ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov deyib.

Bildirilib ki, ərazisi 2,2 hektar olan Kompleks iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə daha məhdud tərkibli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.
Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.

Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.

Qeyd edək ki, mərkəz ötən gün 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edib. Tədbirə 50-dən çox ölkədən 450-yə yaxın yerli və xarici nümayəndə qatılıb.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin