Ermənistan Parlamenti casusluq və vətənə xəyanətə görə cəzanın sərtləşdirilməsi barədə qanun layihəsini təsdiqləyib.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, layihə Çiçəklənən Ermənistan fraksiyası tərəfindən təklif edilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamentinin aparat rəhbəri istefa verdi - FOTO
Qanuna dəyişiklikdən sonra, xəyanətdə təqsirli bilinən şəxs əmlakı müsadirə edilməklə 15-20 il müddətinə və ya ömürlük həbs cəzası ilə üzləşəcək.
Casusluq edənlər isə 12-20 il və ya ömürlük cəza alacaqlar.
Qeyd edək ki, hazırda vətənə xəyanətə görə 10 ildən 15 ilədək həbs gözləyir. Casusluq səbəbindən isə 8 ildən 15 ilədək cəza kəsilir.
Bizim.Media