Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, sentyabrın 30-u axşamdan oktyabrın 02-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur) yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi bəzi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:41 / 30.09.2023
Bu gün axşamdan hava şəraiti DƏYİŞİR – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu gün axşamdan hava şəraiti DƏYİŞİR – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu gün axşamdan hava şəraiti DƏYİŞİR – XƏBƏRDARLIQ
157684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.