Şəhərsalma Forumunun iştirakçıları Ağalıda - FOTO

Hazırda oxunan: Şəhərsalma Forumunun iştirakçıları Ağalıda - FOTO

157603

Zəngilanda II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları işğaldan azad edilən və Azərbaycan dövləti tərəfindən “ağıllı” kənd konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndində olublar.

Bizim.Media xəbər verir ki, 50-dən çox ölkədən 450-yə yaxın yerli və xarici nümayəndə Ağalı kəndi ilə yaxından tanış olublar. Əvvəlcə kəndin mərkəzində Azərbaycan mətbəxinin nümunələrinə baxış keçirilib, həmçinin kənd mərkəzində qonaqlara Ağalı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzində “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir.

Kənddə bank filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektlər də fəaliyyət göstərir.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Ağalı kənd məktəbində şagirdlərin hazırladığı rəqs nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qonaqlar ağacəkmə aksiyasında iştirak edib, yeni əkilən tinglərə qulluq göstəriblər.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin