Ermənistan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib. Bu barədə komissiyanın sədr müavini Arusyak Culakyan bildirib. Bundan sonra qanun layihəsi baxılmaq üçün parlamentin gündəliyinə salınacaq.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.
İrəvanın bu addımı gözlənildiyi kimi Rusiya ilə Ermənistan arasında son zamanlar yaşanan gərginliyin pik həddə çatmasına səbəb olub. Kreml sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərkən Ermənistanın bu qərarını Rusiyaya qarşı düşmənçilik adlandırıb. Peskov onu da əlavə edib ki, ölkəsi Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İrəvanına atdığı bu addım onunla Moskva arasında mövcud olan gərginliyi bir qədər də şiddətləndirəcək:
“Roma Statutu ilə bağlı qərar qəbul etmək müstəqil dövlət kimi Ermənistanın daxili işidir. Sırf hüquqi kontekstdə bu statutun siyasi yorumu yoxdur. Amma məsələ ondadır ki, hazırkı mərhələdə Roma Statutunu qəbul edən ölkələrin həmin addımı bir növ bu siyasiləşdirildiyindən Rusiya Prezidenti Putinə qarşı atılan addım kimi qəbul edilir.
Rusiya üçün məsələnin aqressiya yaradan tərəfi bundan ibarətdir. Niyə Ermənistan parlamenti məhz indi, Roma Statutu Rusiya Prezidenti Putinlə əlaqələndirilərkən qanunu ratifikasiya edir. Məsələ bundan ibarətdir. Ermənistanla Rusiya arasında münasibətlər uğursuz və gərgindir. Ermənistanın atdığı bu addım fonunda isə bu gərginlik bir qədər də artacaq”.
Bütün hallarda həmsöhbətimiz nəticə etibarilə belə bir qanunun qəbulunun hər hansı bir hüquqi nəticə doğuracağına inanmır:
“Ermənistan hansı qərarı qəbul etsə, Rusiyaya qarşı hansı mövqedən çıxış etsə də, şimal ölkəsilə əlaqələri birtərəfli qaydada qoparmaq İrəvanın imkanları xaricindədir. Moskva istəməyənə qədər onun Ermənistanla əlaqələri qopmayacaq. Çünki bu əlaqələri qorumaq üçün Rusiyanın çoxsaylı geostrateji alətləri var”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:40 / 30.09.2023
Rusiya Ermənistanı DÜŞMƏN ELAN ETDİ – İrəvanı hansı cəza GÖZLƏYİR?
Hazırda oxunan: Rusiya Ermənistanı DÜŞMƏN ELAN ETDİ – İrəvanı hansı cəza GÖZLƏYİR?
Hazırda oxunan: Rusiya Ermənistanı DÜŞMƏN ELAN ETDİ – İrəvanı hansı cəza GÖZLƏYİR?
157573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.