Sinan Oğan: "Qənirə xanımı Qarabağın tam azad olunmasının sevincini yaşaya bilmədən itirdik"

Hazırda oxunan: Sinan Oğan: "Qənirə xanımı Qarabağın tam azad olunmasının sevincini yaşaya bilmədən itirdik"

157520

"Qənirə xanımla 30 ildir ki, dostam. Turan mübarizəsində o mənim əsgər yoldaşım idi. Biz bu işdə bir əsgər kimi çalışdıq. İnsan belə zamanlarda nə deyəcəyini və edəcəyini bilmir". 

Bu sözləri Qənirə Paşayevanın dəfn mərasimində iştirak edən Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sinan Oğan Qənirə Paşayevanın dəfninə qatılmaq üçün Bakıya gəlib


S.Oğan mərhumla bağlı xatirələrini bu sözlərlə ifadə edib: 

"Biz Qənirə xanımı Qarabağın azad olunmasının tam sevincini yaşaya bilmədən itirdik. Mən Qənirə xanımı 30 il əvvəl sizin kimi gənc jurnalist olarkən tanıdım. O gündən bəri ürəyi Azərbaycanla döyünürdü. Daha sonra millət vəkili oldu və "Can Azərbaycan" üçün müxtəlif vəzifələrdə çalışdı. Ömrünü vətən uğrunda xərclədi. Biz onu cavan yaşda itirdik.  

Onunla çoxlu xatirələrimiz var. Avropada ermənilərə qarşı birlikdə mübarizə apardıq. Türkiyədə çox sayda konfranslarda iştirak etdik.

Qənirə xanımın bizim Turançılıq yolumuzda böyük xidmətləri olub. Biz onunla bütün Türkiyəni şəhər-şəhər gəzdik. O da Avropada ermənilərə qarşı mübarizə aparanda bizimlə birgə idi. Vətən üçün hara çağırsaq heç vaxt yox demədi. Vətən nə vaxt çağırsa, harada olsa Qənirə xanım həmişə gəldi. Vətən ondan razıdır. Hamımız ona minnətdarıq. Allah rəhmət eləsin". 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin