Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Süleymanov Elşad Məmməd oğlunun nəşi Goranboy rayonu Qızılhacılı qəsəbəsinə gətirilib.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hazırda şəhidin ailə üzvlərinin yaşadığı evin önündə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin, sakinlər iştirak edir.
Mərasim başa çatdıqdan sonra şəhid Balakürd kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elşad Məmməd oğlu Süleymanov ailəli olub. Onun 7 yaşlı oğlu, 5 yaşlı qızı var.
E.Süleymanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu idi. O, tankçı olaraq Vətən müharibəsi zamanı da döyüşlərdə iştirak edib. Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 29.09.2023
Antiterror tədbirlərində şəhid olan Elşad Süleymanovla vida MƏRASİMİ
Hazırda oxunan: Antiterror tədbirlərində şəhid olan Elşad Süleymanovla vida MƏRASİMİ
Hazırda oxunan: Antiterror tədbirlərində şəhid olan Elşad Süleymanovla vida MƏRASİMİ
157512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.