Əvvəlki nəsil savadı, indikilər isə görünüşü ilə FƏRQLƏNMƏYƏ ÇALIŞIR... – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Əvvəlki nəsil savadı, indikilər isə görünüşü ilə FƏRQLƏNMƏYƏ ÇALIŞIR... – SƏBƏB NƏDİR?

157418

Bütün zamanlarda nəsillər arasında ideoloji mübarizə, fikir ayrılığı olub. Heç zaman gənc nəsillə yaşlı nəsillərin baxışları və maraq dairələri eyni olmayıb.

Məsələn, əvvəlki nəsil cəmiyyətdə daha çox savadı ilə, indiki nəsilsə xarici görünüşü ilə fərqlənməyə çalışır.

Bəs, bu iki təzadlı baxışlar arasında hansı nəsil haqlıdır?

Mövzu ili bağlı Bizim.Media ilə fikirlərini bölüşən Bakı Dövlət Univertsitetinin “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bildirib ki, millenial nəsil kimi 60-70-ci illər X nəsli, 70-dən 80-ci illərin sonuna qədərki nəsli E nəsli, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən başlayan nəsli isə Z nəsli kimi səciyyələndirilir: “Bundan sonrakı nəsil isə Alfa nəsli kimi proqnozlaşdırılır.

Hər bir millenial nəslin öz xüsusiyyətləri var. Məsələn, 60-cı illərin nəslində kitaba xüsusi həvəs vardı. Hər kəs evində kitabxana yaradırdı. O dövrün insanları sanki bir yarışa girişmişdilər ki, görək kimin kitabxanasında daha çox və nadir kitablar var.
Çünki, o zaman rəqəmsal dövr deyildi. Və o dövrdə komanda şəklində işləmək daha xarakterik idi. Sonrakı nəsilsə E nəsli idi. Bu nəsil Sovet sisteminin fiaskosu dövrünə düşdü. O dövrün insanları dilemma qarşısında qalmışdı ki, hansı yolu seçsinlər.

Nələr trend olacaq? Hansı qlobal çağırışlar var?

Bu dövr daha çox informasiya bankının zənginləşdiyi bir dövrü idi. İnsanlar print ədəbiyyata üz tutmuşdu”.

Üzeyir Şəfiyev əlavə edib ki, bu dövrün gəncliyi əvvəlki dövrün gəncliyi ilə müqayisədə bir qədər yayğın və polilemma qarşısındadı:

“İndiki Z nəslinə gəldikdə isə onu demək olar ki, bu dövrdə doğulanlar sürət əsrində doğulanlardır. Bu nəsil hər şeyə əvvəlki nəsillərdən fərqli rakursdan baxır. Bunun da səbəbi əvvəlki nəslin rəqəmsal cəmiyyətə daha ləng inteqrasiya olması ilə bağlıdır.

Lakin, Z nəsli internet əsrində doğulduğu üçün əvvəlki nəsillərdən fərqli olaraq axtardıqları və istədiklərinə çox asanlıqla nail oldular. Məsələn, əvvəlki nəslin nümayəndəsi olan gənc rəssam öz əl işlərini sərgiləmək üçün bir çox sədləri, çətinlikləri aşmalı idi ki, bir sərgisini təşkil edə bilsin.
Lakin, indiki nəsil sosial şəbəkələr hesabına buna çox asanlıqla nail olur. Və öz əsərlərini, uğur hekayələrini daha böyük kütləyə, auditoriyaya, daha efektiv təqdim edə bilir. Təqdimatın asanlaşması isə intelekt faktorunu aradan qaldırır.

Orta savadlı birisi öz təqdimatı ilə auditoriyanı çox asanlıqla özünə cəlb edə bilər. Bunun üçün dərin savad yox, süni intelektin və müasir texnologiyanın imkanlarından istifadə etmək yetərlidir. Ona görə də müasir gənclik daha çox görünüşə fikir verir”.

Kafedra müdiri onu da deyib ki, əslində nəsillərarası rəqabət bütün zamanlarda olub:

“Hesab edirik ki, hər nəslin özəllikləri var. Hər bir nəsil zamanın çağrışlarını özündə ehtiva edir. Əslində millenial nəsillərin heç biri digərindən üstün deyil, sadəcə zaman fonunda bacarıq və qabiliyyətlər fərqlidir.

Cəmiyyətdə bütün nəsillərin təmsilçiliyinə, nəsillərin harmoniyasına və varisliyinə ehtiyac var. Odur ki, əmək kollektivlərində, müəssisələrdə bütün nəsillərin varisliyinin təmin olunmasında fayda var. Yeni nəsil özündən əvvəlki nəsilə qarşı sərt inkarçı mövqedə, köhnə nəsil də yeni nəsilə mühafizəkar, təftişçi mövqedə olmamalıdır.
Ancaq nəsillərarası rabitə və konsolidasiya ilə inkişafa nail olmaq mümkündür. Hərçənd inkarı inkar qanunu bəşər cəmiyyətində həmişə hakim olduğundan nəsillərarası rəqabətin hər daim şahidi olacağıq. Yetər ki, bu rəqabət sağlam əsaslarla baş versin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin