Sosial şəbəkələrdə vətəndaşları aldadan şəxs SAXLANILDI - VİDEO 

Hazırda oxunan: Sosial şəbəkələrdə vətəndaşları aldadan şəxs SAXLANILDI - VİDEO 

157415

Sosial şəbəkələrdə vətəndaşları "ucuz qiymətə mobil telefon" adı altında kiber üsullarla talayan şəxs saxlanılıb. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, “Tik-Tok” və “Instagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növəti əməliyyat keçirilib.

Tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar" başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib.

Sonradan T.Heydərov izi itirmək məqsədi ilə "ucuz qiymətə mobil telefon" almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.  

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin