Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) məlumatında bildirilib.
Qeyd edilib ki, bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur.
Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcəkdir.
İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaqdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərə çatdırır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Telefon nömrəsi: +994 12 526 09 19
WhatsApp nömrəsi: +994 70 527 09 19
Elektron poçt ünvanı: [email protected]
Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Region
16:38 / 28.09.2023
Qarabağ ermənilərinin qeydiyyatı APARILACAQ – RƏSMİ
Hazırda oxunan: Qarabağ ermənilərinin qeydiyyatı APARILACAQ – RƏSMİ
Hazırda oxunan: Qarabağ ermənilərinin qeydiyyatı APARILACAQ – RƏSMİ
157408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.