Artıq Azərbaycanın əbədi ərazisi olan Qarabağ tam olaraq düşməndən azad edilib. Nəhayət erməni faşistlərinin 30 ildən artıq davam edən işğalçılıq siyasətinə tam olaraq son qoyulub. Bu illər ərzində torpaqlarımızın azad edilməsi uğrunda müharibədə Azərbaycan çoxsaylı şəhidlər verib.
Bizim.Media bununla bağlı araşdırma aparıb. Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəsmi məlumatına görə, Birinci Qarabağ müharibəsi dövründə, 11557 hərbçimiz şəhid olub. 2016-cı ilin aprelin 1-6-da baş verən toqquşmalarda isə Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub.
44 nəfər isə yaralanıb. Şəhidlərdən 48 nəfəri əsgər, 12-i Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 12-i gizir, 22 nəfəri isə zabitdir.
Hərbi Prokurorluğun 2020-ci ilin fevralında açıqladığı rəqəmlərə görə, Azərbaycan Ordusu 1994-2020-ci illərdə (Atəşkəs dövründə) ümumilikdə 856 şəhid verib. 2020-ci ilin sentyabrın 27-dən noyabrın 9-a qədər davam edən 44 günlük müharibədə isə 3-ü polkovnik, 23-ü polkovnik-leytenant olmaqla 2908 Azərbaycan hərbçisi şəhid olub. Bundan başqa mindən çox əsgər yaralanıb, 7 nəfər itkin düşüb.
2021-ci il noyabrın 16-da Ermənistanın sərhəd təxribatlarının qarşısını alarkən 7, 2022-ci il sentyabrın 12-14-də baş verən təxribatların qarşısını alarkən 80 hərbi qulluqçumuz şəhid olub. 19-20 sentyabrda həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır.
Qeyd edək ki, Şəhidlər siyahısında hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır.
Beləliklə, rəsmi məlumatlara görə, Qarabağ müharibəsi başlanandan son antiterror tədbirləri başa çatana qədər Azərbaycan Ordusunun separatçılar və Ermənistan ordusu ilə döyüşlərdə 15600 hərbçisi şəhid olub.
Amma bu siyahıya döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları daxil deyil. 35 illik münaqişə dövründə həyatını itirən mülki vətəndaşlarımızın sayı isə müxtəlif hesablamalara görə 25 min nəfərə yaxındır.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 29.09.2023
Bir münaqişənin SONU... – 32 ildə ordumuz nə qədər ŞƏHİD VERİB?
Hazırda oxunan: Bir münaqişənin SONU... – 32 ildə ordumuz nə qədər ŞƏHİD VERİB?
Hazırda oxunan: Bir münaqişənin SONU... – 32 ildə ordumuz nə qədər ŞƏHİD VERİB?
157405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.