Hollivud ulduzu Ancelina Coli “Vogue” dərgisinin yeni sayının üz qabığının qəhrəmanı olub və nəşrə geniş müsahibə verib.
Bizim.Media xəbər verir ki, yeni layihəsi olan “Atelie Jolie” haqqında danışan aktrisa uşaqların köməyi və öz üslubunun formalaşması barədə söz açıb.
Dərginin üz qabığında aktrisa gələcək “Atelier Jolie” studiyasında keçmiş “Chloe” markasının kreativ direktoru Qabriela Hirst ilə birlikdə yaratdığı yeni brendinin geyimlərindən çılğın pozlar verib. Noyabr ayında Ancelina Coli Nyu-Yorkda rəssam Jan-Mişel Baskiyanın keçmiş studiyasında, Endi Uorhola məxsus olan məşhur binanın ikinci mərtəbəsində yerləşəcək şəxsi yaradıcılıq məkanı “Atelier Jolie”ni açacaq.
Aktrisa bildirib ki, böyük qızı 18 yaşlı Zahara yeni irimiqyaslı layihə üçün yer seçimində qərarın verilməsinə yardımçı olub.
“Mən çox impulsiv ola bilərəm, amma Zahara səviyyəli, qətiyyətli və düşüncəlidir. O razılaşanda mən hiss etdim ki, ikimiz də bir qərar vermişik”.
Aktrisa çoxlarının düşündüyü kimi modelyer olmağı planlaşdırmır, çünki onun layihəsi əslində dəblə bağlı deyil:
"Bu illər ərzində mən çoxlu sənətkarlarla - çox bacarıqlı, istedadlı insanlarla tanış oldum və istərdim ki, onların sayı artsın. Mən modelyer olmaq istəmirəm. Ev tikmək istəyirəm ki, başqa insanlar da modelyer olsun”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:59 / 28.09.2023
Ancelina Coli “Vogue”nin üz qabığını BƏZƏDİ – FOTO
Hazırda oxunan: Ancelina Coli “Vogue”nin üz qabığını BƏZƏDİ – FOTO
Hazırda oxunan: Ancelina Coli “Vogue”nin üz qabığını BƏZƏDİ – FOTO
157378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.