ÜST-dən məktəblilərlə bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: ÜST-dən məktəblilərlə bağlı ÇAĞIRIŞ

157287

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə oyun vaxtı və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb və xəbərdarlıq edib ki, gənclər hələ ki, tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biridir.

Bizim.Media xəbər verir ki, ÜST-nin məlumatına görə, tütün sənayesinin bu cür yanaşması nəticəsində elektron siqaretlərin istifadəsi genişlənib və siqaret çəkən on nəfərdən doqquzu bu zərərli vərdişə 18 yaşından əvvəl, bəziləri isə 11 yaşınadək başlayır.

ÜST qeyd edir ki, “məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir”.

Avropalı yeniyetmələr arasında siqaret çəkmə nisbətinin azalmaqda davam etməsinə baxmayaraq, ÜST, elektron siqaretlər də daxil olmaqla, yeni tütün və nikotin məmulatlarının sayının artması barədə məlumat verib.
BMT-nin agentliyi qeyd edir ki, bu məmulatlar birdəfəlik adi və bir qayda olaraq, üzərində sağlamlıq üçün ziyanın olması haqqında xəbərdarlığın olmadığı elektron siqaretlərin satışı sayəsində gənclər üçün daha əlçatan olub.

“Təcili tədbir görməsək, tütün sənayesinin qeyri-etik təcrübəsi səbəbindən tütün və nikotin istehlakçılarının yeni nəslinin yaranmasının şahidi ola bilərik”, – deyə ÜST-nin Avropa üzrə regional direktoru Hans Klyuge bildirib.

Cenevrədə jurnalistlərin qarşısında çıxış edən ÜST-nin Tibb şöbəsinin rəhbəri Kerstin Şotte xəbərdarlıq edib ki, tütün hər il səkkiz milyon və ya hər dörd saniyədə bir insanın həyatına son qoyur.

Bununla belə, tütün tüstüsündən ölən 1,3 milyon insan özləri bu məmulatın istifadəçisi deyil, passiv siqaret çəkməyin qurbanı olur. Şotte qeyd edib ki, “dünyada uşaqların yarısı tütünlə çirkləndirilmiş hava ilə nəfəs alır və nəticədə hər il tütün tüstüsünün təsiri səbəbindən 51 min uşaq ölür”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin