Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Tərtər rayonunun Qapanlı kəndi ətrafında olan terrorçular da öz mövqelərini tərk edib.
Belə ki, 1994-cü ilin may ayından işğal altında olan Qırmızıkənd və Seysulan kəndlərində mövqe quran qanunsuz silahlı dəstələr artıq təslim olaraq geri çəkilib.
Sakinlərin bildirdiklərinə görə, öncə Qırmızıkənddəki mövqelər, ötən gün isə Seysulanda yerləşən döyüş postları erməni terrorçuları tərəfindən tərk edilib.
Sakinlər antiterror tədbirlərindəki qələbəmizi böyük sevinc və qürur hissi ilə qarşılayıblar.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu