Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən AKP-nin 7-ci qurultayında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çıxışında daxili siyasətlə yanaşı Ankaranın maraqlarına təsir edən xarici siyasət proseslərinə də toxunub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “aa.com.tr” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: “Türkiyə 10 noyabr bəyanatının yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək”
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə dost dövlətlərin sayını genişləndirmək, bölgəni "sabitlik məkanına" çevirmək üçün fikir ayrılıqlarını aradan qaldırmaqda qərarlıdır.
Türkiyə lideri qeyd edib ki, türk səlahiyyətliləri xalqın mənafeyi naminə dünyanın bütün ölkələri ilə - ABŞ-dan Rusiyaya, Avropa Birliyindən ərəb dünyasınadək əlaqələrini genişləndirəcək:
“Ölkəmiz Qərb və ya Şərqlə əlaqələrindən imtina etmək niyyətində deyil.
“Türkiyə xarici diplomatik nümayəndəliklərin sayına görə dünyanın beş ölkəsindən biridir. Səfirliklərimizin dünyanın hər ölkəsində fəaliyyət göstərməsini təmin etməyə çalışırıq", - deyə o, əlavə edib.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə Suriyadakı münaqişəni həll etmək səylərini davam etdirəcək:
“Ankara Suriya xalqını həmişə dəstəkləyəcək”.
Prezident Liviyadakı vəziyyətə də diqqət çəkib:
"Türkiyənin dəstəyi sayəsində Liviya bu gün bir daha gələcəyə ümidlə baxa, demokratik prosesləri həyata keçirə bilər".
Dövlət başçısı Ankara ilə Tripoli arasında Aralıq dənizində dəniz yurisdiksiyasının genişləndiriləməsi bağlı razılaşmaların həm Türk, həm də Liviya xalqlarının maraqlarına cavab verdiyini qeyd edib:
“Ankara hansısa dövlətlər tərəfindən Aralıq dənizində Türkiyə ilə Liviyanın təcrid edilməsi planlarını addım-addım məhv etdi. Biz Aralıq dənizinin təbii ehtiyatlarına dair qanuni hüquqlarımızı təmin etdik”.
Bizim.Media