Xəbər verdiyimiz kimi, sentyabrın 19-20-də baş tutan antiterror tədbirləri zamanı ordumuzun 192 hərbi qulluqçusu şəhid olub.
Bizim.Media xəbər verir ki, şəhidlərimizin içərisində 4 baş zabitimiz də var.
MÖVZU İLƏ BAĞLI:
Antiterror tədbirlərində şəhid olan hərbçilərimizin ADLARI
Xəyyam Səmədov
Mayor Səmədov Xəyyam Mirazim oğlu 1986-cı il yanvarın 16-da anadan olub. O, əslən Qəbələ rayonunun Mirzəbəyli kəndindən idi.
Elxan Nəcəfli
Mayor Nəcəfli Elxan Şükür oğlu 1986-cı il aprelin 14-də anadan olub. Elxan Nəcəfli Vətən Müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və Ali Baş Komandan tərəfindən bir çox yüksək dərəcəli medallarla təltif edilib. Elxan Nəcəflinin atası Şükür Nəcəfli Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.
Sənan Qasımov
Mayor Qasımov Sənan Fərman oğlu 1991-ci il martın 7-də Samuxun Lək kəndində anadan olub. O, doğulduğu kənddə dəfn olunub.
Aqil Əkbərov
Mayor Əkbərov Aqil Fayəddin oğlu 1985-ci il sentyabrın 14-də anadan olub. O, Prezident İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bizim.Media