Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev jurnalistlərə açıqlamasında Vaşinqton Moskva üçün "çətin günlər" yaratsa, bunun məsuliyyətini Amerika tərəfinin üzərinə götürəcəyini söyləyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “rbc.ru” saytı yayıb.
Mənbə bildirir ki, o, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivanın ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya ABŞ-dakı səfirini Moskvaya çağırdı
“Onlar proqnoz verirlərsə, deməli planlaşdırırlar. Əgər planlaşdırırlarsa, edəcəklər. Ancaq sonra edə biləcəkləri hərəkətlərə görə cavab verəcəklər”. Patruşev belə deyib.
Təhlükəsizlik Şurasının rəhbəri Rusiyanın ABŞ-a qarşı düşmənçilik etmədiyini və gələcəkdə də etmək niyyətində olmadığını xüsusi vurğulayıb:
“Tərəflərin hər birinin maraqlarını nəzərə alacaq konstruktiv əməkdaşlığa sadiqik".
Bizim.Media