“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.
Bizim.Media xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib.
Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən Türkiyə Prezidenti Ermənistanın dövrü olaraq atəşkəsi pozduğunu xatırladıb:
MÖVZU İLƏ BAĞLI:
AKP-nin 7-ci qurultayı keçirilir - CANLI
“Minsk üçlüyü adı altında bu böhranı həll etmək öhdəliyi götürənlər 30 il ərzində məsələni çətinləşdirməkdən başqa bir şey etmədilər. Azərbaycanlı qardaşlarımız həmişə böhranı dialoq və razılaşma yolu ilə həll etməyə çalışırdılar.
Buna baxmayaraq, erməni tərəfi zaman-zaman hücumlarına davam etdi və dialoq kanallarını bağlayan tərəf oldu.
Keçən ilin son aylarında ermənilərin həyata keçirdikləri növbəti təxribatla hücuma keçdi. Bu zaman Türkiyə olaraq bütün imkanlarımız azərbaycanlı qardaşlarımızın yanında olduq.
Türkiyə-Azərbaycan qardaşlığı bu prosesi daha da gücləndirmək üçün, əldə edilən razılaşmalara uyğun olaraq nəticəni təqib edəcəyik”.
Ərdoğan keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb.
Bizim.Media