Xocalıdan olan şəhid polisimizin OĞLU: “İndi atamın ruhu şaddır” – FOTO 

Hazırda oxunan: Xocalıdan olan şəhid polisimizin OĞLU: “İndi atamın ruhu şaddır” – FOTO 

157070

1991-ci il, 26 sentyabr erməni separatçıları Ağdam-Xankəndi yolunu bağlayaraq, hərəkət edən dinc əhalinin qarşısını kəsib, gülləbaran edirdilər. Məqsəd Şuşanı blokadada saxlamaq idi. Yolda təhlükəsizlik tədbirləri görmək üçün polis əməkdaşları tələbələri, fəhlələri daşıyan maşınları müşayət edirdi. 

Dəfələrlə silahlı insident yaşansa da, Xocalı yol polis bölməsinin inspektoru Əli Vəliyev və onun digər məsləkdaşları silahlı basqınların qarşısını almağı bacarırdılar. 


Lakin 1991-ci ilin bu günü Əsgəran qəsəbəsi yaxınlığında pusqu quran erməni terrorçuları Əli Vəliyevi və Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovu şəhid etdilər. Həmin zaman əraziyə baxış keçirilərkən məlum oldu ki, terrorçular Natiq Əhmədovu qətlə yetirdikdən sonra Əli Vəliyevə 50-dən çox atəş açıblar.  

Bizim.Media-ya danışan şəhid polis Əli Vəliyevin oğlu İlkin Vəliyev bu gün atasının ruhunun şad olduğunu bildirir: 


"Terrorçuların atama qarşı hazırladığı sui-qəsdin ildönümüdür. Atamın şəhid olduğu dövrdə, yaşım az olduğuna görə hər şeyi yaxşı dərk edə bilmirdim. Ancaq bu gün dövlətimizin Qarabağda həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin nəticələrini eşidəndən sonra atamın ruhunun şad olduğuna əmin oluram. Düşmən layiqli cavabını aldı. Atam və onun timsalında bütün şəhidlərimizin ruhu şad olsun". 






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin