Aybəniz Haşımova: “Ümid yerimi, gümanımı qırdılar” - VİDEO

Hazırda oxunan: Aybəniz Haşımova: “Ümid yerimi, gümanımı qırdılar” - VİDEO

157040

“Bir gözüm gülür, bir gözüm isə uzun yol üçün ağlayır. Amma o yolun özündə də bir işıq var. O işıq isə düşünürəm ki, əbədiyyatdır, əbədiyyat işığı. Mən orada əbədi yaşayacağam. Orada ustadlarım, məndən sonra tələbələrim də yaşayacaq. Buna inanıram. Onlar tək tələbəm deyil, musiqi vasitəsi ilə dünyaya bağışladığımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniş Haşımova qonaq olduğu “Yaşananlar” verilişində deyib. 

Sənətçi bildirib ki, ən böyük arzusu dünyadan köçdükdən sonra tamaşaçıların ondan razı qalıb-qalmamasını öyrənməkdir:  

“And içməyi sevmirəm. Əgər əməlimiz yoxdursa, söz deməyə nə var ki? Mən indi xoşbəxtəm, amma sabah necə olacağam onu Allah bilir. Bir arzum var. Dünyada olanda yox, mən bu dünyada olmayanda istəyirəm ki, hamı məndən danışsın.

Özümü göylərdən eşitmək istəyirəm. Bu xalq üçün kim olmuşam, xalqımın sevgisinə layiq olmuşam, Vətən qızı ola bilmişəm, necə olmuşam, necə yaşamışam, oxuduğum o nəğmələr və tamaşaçılarım məndən razı qala bilibmi… Bax, bunun hamısını sağlığımda yox dünyadan köçdükdən sonra eşitmək istəyirəm”. 

Haşımova qızı Aynişanın dəstəyi ilə 55 yaşına qədəm qoyduğunu dilə gətirib:  

“Həyatdan heç zaman küsməmişəm.  Həyatın nə günahı var? Günah insanlardadır. Həyatın özünü də bəzəyən biz insanlarıq. Ümid yerimi, gümanımı qırdılar. Mən belə bilməzdim. Amma bütün hallarda nəğmələr mənə güc oldu. Anam, atam yanımdan çəkinmədi. Əsas da, o körpə əlləri ilə yaxamdan yapışıb, getmə deyənim oldu. Bax o əllərdən tutdum, oldum 55 yaşında”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin