“Vestnik Kavkaza” nəşrinin baş redaktoru Qii Saralidze Azərbaycanın işğaldan azad olunan ərazilərində olub.
Bizim.Media xəbər verir ki, jurnalist bu torpaqlarda lentə aldığı görüntülərdən nəşrin youtube kanalında artıq ikinci filmini yayımlayıb.
MÖVZU İLƏ BAĞLI:
Roman Boçkala: "Bu qələbənin adı var - İlham Əliyev" - VİDEO
O, səyahət boyu erməni vəhşiliyini özündə əks etdirən Ağdam, Füzuli, Cəbrayıl və digər ərazilərdəki dağıdılmış evlər, məzarlıqlar, tarixi abidələr və düşmənin məhv edilmiş hərbi texnikasından da bəhs edib.
Qii sujetində 4-8 oktyabr tarixlərində Cəbrayılın azadlığı uğrunda gedən qanlı döyüşlərdən də söz açıb. Sujetdə müharibədə döyüş zamanı çəkilən kadrlar da yer alıb.
“Baxın, Cəbrayıl da, ətraf kəndlər kimi yer üzündən silinib”- deyən jurnalist bir daha dünyaya kamerası vasitəsilə erməni vandallarının vəhşiliyini, dağıdılmış Cəbrayılı göstərməyə çalışıb.
Daha ətraflı filmdə izləyə bilərsiniz:
Vüsalə Balayeva, Bizim.Media