Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə daha bir görüş keçiriləcək

Hazırda oxunan: Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə daha bir görüş keçiriləcək

156930

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxsin Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Bildirilib ki, görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə ilk görüş sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin