Vətəndaşlara XƏBƏRDARLIQ – “Külli miqdarda saxta qızıl satışa ÇIXARILIB”

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ – “Külli miqdarda saxta qızıl satışa ÇIXARILIB”

156895

“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki, bu sahəyə nə ictimai, nə də ki, dövlət nəzarəti var”.

Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın qızıl-gümüş satışından əldə etdiyi GƏLİR 


O bildirib ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı qərarı ilə Azərbaycan ərazisində pərakəndə ticarət şəbəkələrində dəyişdirilməli olmayan malların siyahısı müəyyən edilib:

“Bu siyahının önündə qızıl və qızıl məmulatları gəlir. Bu qərarı rəhbər tutan işbazlar aldadılmış vətəndaşların mallarını nə geri alır, nə də ki, dəyişdirir. Mənə sonuncu dəfə bir vətəndaş müraciət olub ki, “20 min manata saat almışam. Lakin, 2 gün sonra saat dayandı. Apardım qaytarım. Satıcı nə saatı qaytarmadı, nə də dəyişmədi”.

Belə vəziyyətdə istehlakçının harasa şikayət etmək hüququ yoxdur. Çünki, hara getsə şikayətçiyə Nazirlər Kabinetinin adını çəkdiyimiz qərarını göstərirlər”. 

Eyyub Hüseynov onu da qeyd edib ki, bir zamanlar ölkəmizdə Maliyyə Nazirliyinin nəzdində Dövlət Əyar Palatası fəaliyyət göstərib:

“Həmin qurum qızıl məmulatları bazarına çox yaxşı nəzarət edirdi. Qurum həm ölkəyə gətirilən qızıl məmulatlarına, həm də yerli dövriyyəyə nəzarət edirdi. Qurumun nəzarətindən keçən məmulatlara xüsusi nişan vurulurdu. Və hər kəs də qızıl alarkən Əyar Palatasının nişanına xüsusi fikir verirdi. Çox təəssüf ki, son 5 ildə bu sahəyə heç bir nəzarət yoxdur. Nəzarətsiz bir yerdə qanunsuzluğun baş qaldırması da təbii prosesdir. Təsadüfi deyil ki, qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır”.  

Müsahibimiz bildirib ki, hazırda saxta və keyfiyyətsiz qızıl məmulatlarına qarşı ancaq DİN mübarizə aparır:

“Bu qurumun da müvafiq məsələ ilə bağlı lazımı səlahiyyəti yoxdur. Yalnız vətəndaş şikayətləri əsasına polislər məsələyə müdaxilə edirlər. Düşünürəm ki, DİN-ə əlavə səlahiyyətlər verilməlidir ki, qızıl məmulatları bazarındakı qanunsuzluğa son qoyulsun”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin