Paşinyan SEÇİM QARŞISINDA – Azərbaycanla sülh, yoxsa vətəndaş MÜHARİBƏSİ?

Hazırda oxunan: Paşinyan SEÇİM QARŞISINDA – Azərbaycanla sülh, yoxsa vətəndaş MÜHARİBƏSİ?

156893

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra Ermənistanda sözü həqiqi mənasında vəziyyət həddən artıq kəskinləşib. Ermənistan müxalifəti baş nazir Paşinyanı bu xəyanətdə ittiham edərək, onun istefasını tələb edir. Lakin hələlik Paşinyan öz mövqelərini qoruyub saxlamaqdadır. 

Buna baxmayaraq, Ermənistanda cevriliş cəhdlərinin olması ehtimalı hər zaman olduğu kimi yenə də qalmaqdadır.

Hazırda yaranmış vəziyyət Ermənistanda çevriliş ssenarisinin yenidən gündəmə gələ biləcəyini istisna etmir. Düşmən ölkədə çevriliş ssenarisi hər gün daha da real görünür.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistanda çevriliş ssenarisi yalnız Paşinyan hakimiyyəti daxilində satqınlıq olacağı təqdirdə mümkündür:
 

MÖVZU İLƏ BAĞLI:

“Hər bir vətəndaşımızın iki seçimi var” - Paşinyan


“Ermənistanda ümumiyyətlə vəziyyət qeyri-stabildir. Paşinyan iqtidara gələndən bəri müxalifət hakimiyyəti ələ keçirməkdən dəm vurur. Bu müstəvidə də onlar bir neçə dəfə müddətsiz etiraz aksiyaları da keçiriblər. Erməni müxalifəti ilk öncə 44 günlük müharibədəki məğlubiyyətlərindən sonra çalışdı ki, Paşinyanı devirsinlər. Paşinyan parlament seçkilərində qələbə çaldı. Paşinyan başa düşür ki, Ermənistan qisas siyasətilə heç hara gedə bilməyəcək. 

Ermənistanın çıxış yolu qonşularla münasibətləri normallaşdırmaq və barışıqdan keçir. Bunu etməsələr Ermənistan xilas tapa bilməyəcək və onun müqəddəratı daha dumanlı olacaq. Vaxtilə, 1997-ci ildə Levon Ter-Petrosyan həmin layihəni həyata keçirmək istədi, amma onu çevrilişlə devirdilər. İndi Ermənistanda ölüm-dirim mübarizəsi gedir.

Radikal müxalifət Paşinyanı Qarabağın arxasında durmamaqda ittiham edir. Odur ki, bu ölkədə vəziyyət kəskinləşib. 

Bu müstəvidə Paşinyan güman ki, çevrilişdən yan keçərək, öz hakimiyyətini saxlamağa nail olacaq. Paşinyan hakimiyyəti daxilində satqınlıq olmasa, müxalifətin çevriliş cəhdi də alınan deyil. Onun sonu olaraq da, Paşinyan həm Türkiyə, həm də Azərbaycanla barışıq yoluna çıxacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin