Azərbaycanda artıq 1 ildir ki, toy, yas, və kütləvi tədbirlərə icazə verilmir.
Fevral ayından söz -söhbət gəzdi ki, Azərbaycanda 50 nəfərlik toylara icazə verilə bilər. Lakin heç bir proqnoz özünü doğrultmadı.
Azərbaycanda toyların olacağını gözlədiyimiz ərəfədə Naxçıvanda 40 nəfərlə toylara icazə verilməsi ilə bağlı sosial mediada məlumat yayıldı.
MÖVZU İLƏ BAĞLI:
Toy qadağası qüvvədə qaldı — Kütləvi mərasimlər olmayacaq
Xəbəri dəqiqləşdirmək üçün Bizim.Media olaraq Nuhçıxan İnformaisya Agentliyi ilə əlaqə saxladıq.
Agentliyin baş redaktoru Fizzə Bağırova söylədi ki, Naxçıvan Muxtar Respublikasında toyların keçirilməsi ilə bağlı rəsmi heç bir məlumat yoxdur və belə qərar verilməyib. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da toylar keçirilmir. Bu dezinformasiyadır.
Qeyd edək ki, Azərbaycanda artıq bir ilə yaxındır ki, toyların keçirilməsinə icazə verilmir. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti isə cari ilin iyunun 1-dək uzadılıb.
Gülşanə Mustafayeva, Bizim.Media