Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı ARTIB – FOTO  

Hazırda oxunan: Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı ARTIB – FOTO  

156833

Son iki ildə avtomobil nəqliyyatının ölkənin xidmət ixracında rolu ciddi artıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Qeyd olunub ki, 2023-cü ilin ilk yarısında ölkədə Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur. 

Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir.

Azərbaycan daşıyıcıları 2022-ci ilin yanvar-iyun ayında 14 min 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2023-cü ilin müvafiq dövründə bu göstərici 27 min 743 olub. 

2022-ci ildə 3-cü ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6% olub. 2023-cü ilin tək 6 ayında bu göstərici 9.4%-ə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 

2022-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15,5% ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21,5% təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 377 milyon 200 min dollar səviyyəsində qiymətləndirilir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur. 
Ümumilikdə qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların yaratdığı gəlir 2023-cü ilin 6 ayında 543 milyon 700 min dollar səviyyəsində qiymətləndirilir. Bunun da qeyri-neft ixracına nisbəti 30,7 faiz edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin