Futbolçularımız bu gün Portuqaliya millisi ilə üz-üzə gələcək

Hazırda oxunan: Futbolçularımız bu gün Portuqaliya millisi ilə üz-üzə gələcək

15677

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, A qrupunda yer alan yığma I turda Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Hər iki kollektiv matça itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Ruy Patrisiu, Pepe və Rafael Gerreyrunun zədə səbəbindən oynamayacağı dəqiqdir. Ruy Silvanın isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Azərbaycan millisində isə yeganə itki Qara Qarayevin yoxluğudur. "Qarabağ"ın yarımmüdafiəçisi zədəli olduğu üçün Turinə aparılmayıb.

DÇ-2022-nin seçmə mərhələsi, A qrupu, I tur

23:45. Portuqaliya - Azərbaycan

Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann (Almaniya)

İtaliya, Turin. "Yuventus" stadionu

Qeyd edək ki, bu qrupun digər oyunlarında Serbiya millisi İrlandiya ilə, Lüksemburq isə Qətərlə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin