“Azərbaycanda bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir qeyd edib ki, buna nail olunması dövlət başçısının hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biridir.
Onun sözlərinə görə, bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:17 / 24.09.2023
Baş nazirdən PROQNOZ: “İlin sonunadək inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir”
Hazırda oxunan: Baş nazirdən PROQNOZ: “İlin sonunadək inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir”
Hazırda oxunan: Baş nazirdən PROQNOZ: “İlin sonunadək inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir”
156690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.