Bir neçə gün əvvəl Sumqayıtda ustanın 9-cu mərtəbədən yıxılaraq ölməsi əmək sığortası məsələsini yenidən gündəmə gətirdi. Xüsusilə də, inşaat sektorunda çalışan fəhlələrin həyat və sağlamlıqlarını itirməsi hallarına tez-tez rast gəlinir.
Təəssüf ki, əksər durumlarda işçilər sağlamlıqlarına dəyən zərərə görə kompensasiya almağa belə nail ola bilmirlər.
Bəs, qanunla bu məsələ necə tənzimlənir?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, tikintidə bədbəxt hadisə baş verdikdə dövlət komissiyası onun tədqiqatını aparır, istehsalat zədələnməsilə bağlı akt tərtib edir:
Eyni zamanda istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş şəxsin, həm müalicə xərclərini və üzərinə düşən öhdəlikləri yerinə yetirilməlidir.
“İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri” haqqında qanuna görə hər bir işə götürən işçini bədbəxt hadisələrdən sığortalamalıdır.
Bütün peşə riskləri 14 kateqoriyaya bölünür. Həmin kateqoriyaya uyğun olaraq hər bir işçi peşəsinə uyğun olaraq sığortalanmalıdır. Hər hansı iş qəzası zamanı uyğun olaraq ona dəymiş ziyan ödənilməlidir.
Sonradan əgər bu səbəbdən əlillik müəyyən olunarsa, onun itirdiyi peşə-əmək qabiliyyətinə uyğun olaraq aylıq kompensasiyanın verilməsi təmin olunur.
Ölüm halı olduqda isə mərhumun 18 yaşına çatmamış və ya 18 yaşına çatıb təhsil alan 22 yaşına çatmamış övladlarına bu kompensasiya həmin sığorta şirkəti tərəfindən veriləcək. Əgər həmin ailədə əlilliyi olan şəxs varsa ona əlillik dövrü üçün kompensasiya ödəniləcək. Həmçinin işçinin reabilitasiya xərcləri də ödənilə bilər”.
Ekspert onu da qeyd edib ki, sığorta şirkəti əmək müqaviləsi olmayanları, yaxud heç olmasa mülki-hüquqi müqaviləsi olmayanları sığortalamır.
Bu halda da birbaşa işə götürənin məsuliyyəti meydana çıxır:
“Yəni qanunla bu cür vəziyyətdə işə götürən məsuliyyəti öz üzərinə götürməli və müvafiq ödənişləri həyata keçirməlidir.
Bəzən işçiləri aldadırlar. Hətta vəfat edənin gedib ailəsinə müəyyən köməklik göstərir, sonra isə izi itirirlər. Bu cür olmasa, hərşey qanuni əsaslarla olsa, əlbəttə, o şəxsə dəyən zərər sonradan onun ailə üzvlərinə kompensasiya şəklində veriləcək.
Ölüm hallarında isə işçinin övladlarına lazımi yardım göstərilir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondu azyaşlı uşaqlar varsa, ailə başçısını itirməyə görə parel olaraq əmək pensiyası təyin edəcək”.
Belə bədbəxt hadisələrdən sığortalanmaq üçün işçi nələri bilməlidir?
Sığorta üzrə ekspert İlkin İbrahimov sualımıza cavab olaraq bildirib ki, ştata daxil olub, əmək müqaviləsi bağlayan hər bir şəxs məcburi şəkildə işə götürən tərəfindən sığortalanmalıdır:
“İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta növü var. Hansı ki məcburi şəkildə bütün ölkə ərazisində müqavilə ilə, yəni ştata qəbul olunmuş işçilərin hər biri işə götürən tərəfindən sığorta edilir.
Bu VÖEN ilə işləyənlərə və əmək müqaviləsi olmayan şəxslərə aid deyil. Yəni bu halda sığorta məcbur deyil”.
İ.İbrahimov qeyd edib ki, qanunsuz olaraq işə götürən işçini sığorta etmirsə, həmçinin dəymiş ziyan heç bir halda ödənilmirsə, qanunsuzluqla bağlı məhkəməyə müraciət edilməlidir: “Həyat sığortası adlanan bu sığortada məbləğ kifayət qədər böyükdür.
Adətən belə hallarda işə götürən dərhal sənədləşmə aparmalıdır. Ardınca Əmək Müfəttişliyinə məlumat verilməlidir və İZ aktı tərtib edilməlidir. Bundan sonra isə sığorta kompensasiyası hesablanır.
Əgər işçi sığortalanmayıbsa, zərəri işəgötürən qarşılamalıdır. İşəgötürən bundan imtina etdikdə isə Bəzi hallarda ustalarda həmin sığorta növü olmur. Olmadığına görə də vətəndaş sahibkarın özündən almalıdır. İşəgötürən kompensasiya ödəməkdən imtina etsə, o zaman məhkəməyə müraciət edilə bilər”.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 25.09.2023
İş zamanı bədbəxt hadisə ilə üzləşən işçilərə kim KOMPENSASİYA ÖDƏMƏLİDİR?
Hazırda oxunan: İş zamanı bədbəxt hadisə ilə üzləşən işçilərə kim KOMPENSASİYA ÖDƏMƏLİDİR?
Hazırda oxunan: İş zamanı bədbəxt hadisə ilə üzləşən işçilərə kim KOMPENSASİYA ÖDƏMƏLİDİR?
156626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.