“Azərbaycana reinteqrasiya təhlükəsizliyimiz üçün yeganə yoldur” – Qarabağ ermənisi 

Hazırda oxunan: “Azərbaycana reinteqrasiya təhlükəsizliyimiz üçün yeganə yoldur” – Qarabağ ermənisi 

156620

“Qarabağın erməni sakinlərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “trend.az”a açıqlamasında Qarabağ Erməniləri

Hərəkatının üzvü Karina Eritsyan deyib. 

"Hələ də "müstəqillik" arzusunda olanlar başa düşməlidir ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıqlar aparır.

Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur. 

Qarabağ erməniləri başa düşməlidir ki, onların taleyi ABŞ, Fransa, Ermənistan və digərlərindən deyil, onların özlərindən asılıdır. Xarici dövlətlər kömək etməyəcək.

Bundansa reinteqrasiya və Azərbaycanda birgə yaşayış məsələsində ciddi yanaşma ortaya qoymaq lazımdır", - deyə o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin