ABŞ Prezidenti Co Bayden Kolorado ştatının Boulder şəhərində baş verən silahlı insident nəticəsində həlak olanların xatirəsinə Ağ Evdə bayraqların endirilməsinə göstəriş verib.
Bizim.Media xarici mətbuta istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat mərkəzi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Supermarketə silahlı hücum - 10 nəfər həyatını itirdi - FOTO
Bildirilib ki, ABŞ prezidenti həlak olan 10 nəfərin ailəsinə başsağlığı verib və hadisə ilə bağlı mütəmadi məlumatlandırılır.
Xatırladaq ki, Amerikanın Kolorado ştatında bir supermarketə silahlı hücum baş verib. Hadisə nəticəsində biri polis olmaqla 10 nəfər həyatını itirib.
Bizim.Media