Erməni lobbisinin batan MİLYONLARI – Arslanyan Menendesin sonunu GƏTİRDİ – FAKTLAR  

Hazırda oxunan: Erməni lobbisinin batan MİLYONLARI – Arslanyan Menendesin sonunu GƏTİRDİ – FAKTLAR  

156599

Ermənilər təkcə Cənubi Qafqazda deyil, bütün dünyada dayaqlarını itirirlər. Bunun sübutu kimi deyə bilərik ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Bob Menendes də ötən gün vəzifəsindən gedib. Daha doğrusu onu buna məcbur ediblər.  

Qeyd edək ki, ABŞ-da çox böyük səlahiyyətlərə sahib Bob Menendes dünya ermənilərinin ən qatı müdafiəçisi idi. Bu təkcə onun son həyat yoldaşı erməni əsilli Nadine Arslanyana olan sevgisindən qaynaqlanmır.

Bu “sevgi” həm də erməni lobiçiliyi hesabına Bobun qazandığı milyonlarla bağlıdır. Elə Menendesin də sonunu ermənilərə, onların verdiyi milyonlara və qiymətli hədiyyələr oldu.  

Dünya ermənilərinin vəkili

Komitə sədri erməniləri təkcə Azərbaycana qarşı məsələlərdə deyil, onları bütün dünyada müdafiə edirdi. Bildiyimiz kimi ABŞ qanunvericiliyində lobbiçiliyə qanunla icazə verilir. Və bu “lobbiçilik” qarşılığında həmin şəxs istədiyi qədər “qonarar” ala bilər.

Necə ki, Menendes uzun illər “lobbiçilik” fəaliyyətinə görə ermənilərdən külli miqdarda sərvət qoparıb.  

Bu qocanın dünya malına hərisliyi o qədər çoxalıb ki, 2020-ci ilin oktyabrında Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə Livan ermənisi Nadine Arslanyanla evlənib. Məhz bu izdivacdan sonra Amerikalı senatorun “çiçəyi çırtlayıb”. 

Arslanyanla evlilik Menendesə çoxlu pul və bəla gətirdi 

Bob Menendesin hər zaman başı bəlada olub. Onu bu bəlalara isə salan tamahı olub. Qeyd edək ki, Arslanyanla evliliyə qədər Menendes onunla bir çox “biznes layihələrə” imza atıb.

Amma bu layihələrin bəzisinin sonradan zibili çıxıb. Məsələn, 69 yaşlı Menendes 2015-ci ildə Ədliyyə Departamentinin İctimai Dürüstlük Şöbəsinin prokurorları tərəfindən “Palm Beach” oftalmoloqu və siyasi xeyriyyəçi doktor Salomon Melqendən külli miqdarda rüşvət almaqda ittiham olunub. 

İttiham aktında qeyd edilir ki, senator Arslanyanla birlikdə  ötən illərdə dörd qitəni ziyarət ediblər. Elə evlilik təklifi də həmin səfərlər əsnasında gəlib.  
Maraqlıdır ki, hələ 2014-cü ildə indi Menendes Arslanyanla nigahdankənar yaşadığı Bergen qraflığındakı evində aylıq 1,897 dollar ipotekanı ödəməkdə çətinlik çəkdikdiyi üçün xərclərini idarə etmək məqsədilə federal proqrama daxil olub.  

Lakin 2019-cu ilin ortalarına qədər o, ödənişləri edə bilməyib və ipoteka şirkəti onun evinə girov qoymağa başlayıb. 

Qəribəsi odur ki, bu ərəfədə Arslanyan böyük nizamnamə kapitalına malik öz konsaltinq biznesini - Strategic International Business Consultants MMC-ni qurub.  
Şirkətin onlayn izi yoxdur və müştərilərinin kim olduğu bəlli deyil. Şirkət uzun müddət Menendesin dostu Donald Skarinçi tərəfindən idarə edilib. 

Menendes gəlirlərini niyə gizlədirdi? 

Qanunla senator olaraq Menendes özünün və ya arvadının 1000 dollardan çox dəyərində olan əmlakın dəyərini və onların mənşəyini bəyan etməlidir. Evliliklərinin ilk ilində-2020-ci ildə o, maksimum dəyəri 117.000 dollar olan yoxlama və əmanət hesablarının olduğunu bildirib.

Lakin, 16 mart 2022-ci ildə Menendes 2020-ci il açıqlamasına düzəliş edərək Arslanyanın 250.000 dollara qədər qızıl külçəsi olduğunu göstərib.  Ancaq 2023-cü ilin iyununda məlum olub ki, cütlük ümumi dəyəri 400 min dollara çatan qızıl satışa çıxarıblar.

56 yaşlı Nadine Arslanyan külçəni 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb.

Bu, 13 funt xalis qızıla bərabərdir. 

Məhz bundan sonra ABŞ-ın ermənipərəst senatoru Bob Menendes və onun erməni əsilli arvadı Nadin Arslanyan haqqında Federal Prokurorluq araşdırmalara başlayıb. 

Bir daha qeyd edək ki, Bob Menendes ABŞ-ın ən nüfuzlu senatorlarından sayılır. Nadin Arslanyanın Nyu Cersi ştatından seçilmiş senator ərindən yardım istəyən şəxslərdən bir qayda olaraq müxtəlif bahalı hədiyyələr və rüşvət alıb.  

Menendesin aldığı rüşvətin qısa annotasiyası 

“Edgewater”, və “N.J. şirkətinin IS EG Halal” şirkətinin təsisçisi Vael Hananın evində və ofisində axtarışlar aparılıb. Sənədlərdən məlum olub ki, Misirə ixrac edilən ətin halal sertifikatı saxta yolla əldə edilib. Bu saxta sənədin əldə edilməsində isə şirkət rəhbərinə xanım Arslanyan vasitəçilik edib. Çünki, o özü də bu şirkətin ortaqlarındandır. 

Cinayət işində daha sonra qeyd edilir ki, Senator özünün həyat yoldaşı (Nadin Arslanyan) üçün viza işində yardımçı olub. Eləcə də Floridaya gələn əcnəbi oftalmoloqa xüsusi imkanlar yaradıb. Əvəzində isə 1 milyon dollar hədiyyə alıb. 
Bax, belə. Bunlar hələ aysberqin görünən üzüdür. Açılmayan sirlər çoxdur. Amma aşkar olunan odur ki, ermənipərəst senator son 10 ildə ikinci dəfə korrupsiyada ittiham edilib. Senatın Tarix Bürosunun məlumatına görə, 69 yaşlı Menendes “ABŞ tarixində iki dəfə cinayətdə ittiham olunan ilk senator” kimi “tarixə düşüb”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin