Rusiyanın Krımdakı qərargahına RAKET ZƏRBƏSİ – Rus generallar YARALANDI 

Hazırda oxunan: Rusiyanın Krımdakı qərargahına RAKET ZƏRBƏSİ – Rus generallar YARALANDI 

156571

“Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahına hücumu nəticəsində azı 9 nəfər öldürülüb, 16 nəfər isə yaralanıb. Yaralılar içərisində rus generalları da var”. 

Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov məlumat verib. 

Budanov bildirib ki, yaralılar arasında general-polkovnik Aleksandr Romançuk və qərargah rəisi general-leytenant Oleq Tsekov da var. 

Budanov Romançukun vəziyyətinin ağır olduğunu qeyd edib.  

Xatırladaq ki, sentyabrın 22-də Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahı raketlərlə vurulub. Rusiya Müdafiə Nazirliyi faktı etiraf edərək, itkilərin olduğu barədə məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin