Passiv gəlir əldə etməklə bağlı mesajlarda diqqətli olun! – XƏBƏRDARLIQ 

Hazırda oxunan: Passiv gəlir əldə etməklə bağlı mesajlarda diqqətli olun! – XƏBƏRDARLIQ 

156516

Son zamanlar kiberdələduzlar tərəfindən müxtəlif tanınmış beynəlxalq şirkətlər adından vətəndaşlara saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlar göndərilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, növbəti mərhələdə kiberdələduzlar müxtəlif saxta veb səhifələr yaradaraq, vətəndaşlardan öz fərdi məlumatlarını və bank kartı məlumatlarını təqdim etməyi tələb edir. 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə aldanmamağı, tanımadıqları şəxslərdən gələn şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını, eləcə də bank kartı məlumatlarını daxil etməməyi tövsiyə edir.
Vətəndaşlar hər hansı şirkət və qurum adından belə təkliflər aldıqda ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlamalı və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyünü dəqiqləşdirməlidirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin