Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?

Hazırda oxunan: Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?

156460

Dəfələrlə müzakirələrə səbəb olmasına baxmayaraq, hələ də restoranlarda servis haqqı ilə bağlı problem yaşanmaqdadır. Əksər restoran menyularının kifayət qədər bahalı olması bir yana,  üstəlik servis haqqının da müştəridən alınması haqlı olaraq narazılığa səbəb olur. 

Sözügedən mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bizdən fərqli olaraq başqa ölkələrdə servis haqqının kassa çekinə yazılması və mütləq tələb edilməsi qaydası yoxdur: 
 

MÖVZU İLƏ BAĞLI:

Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir? 


“Ümumiyyətlə, istehlakçı dünyanın harasında olursa olsun, təkcə restoran sahəsində deyil, digər sahələrdə də xidmətdən razı qaldığına görə xidmət göstərənə əlavə pul verə bilər. Bəzi ölkələrdə bunun qeyri-rəsmi olaraq faizi də müəyyən olunub. Məsələn Kanadada bu, ümumi hesabın 20 faizinə bərabərdir. Lakin müştəri servis haqqını ödəməsə belə, heç kəs ondan bunu tələb etməz. Azərbaycanda isə ilbəil istehlakçıların soyulması davam edir. O cümlədən xidmət haqqı məsələsində də restoranlarda çox böyük özbaşınalıqlar var. Bəzən 50-100 manat çaypulu istəyirlər. Bu da tamamilə əsassızdır”. 

Restoranlarda servis haqqının heç bir məlumat verilmədən kassa çekinə yazılaraq tələb olunması istehlakçı hüququnun pozulmasıdır.

Bundan əlavə, xidmət haqqının tələb edilməsilə bağlı heç bir hüquqi sənəddə göstəriş yoxdur. Bununla bağlı tələb irəli sürdükdə isə deyirlər ki, “özlərinin ərazisidir və necə istəyər elə qayda qoyar”. İstehlakçı əvvəlcədən xəbərdar edilməli  olduğu halda, bu barədə ona heç bir məlumat verilmir”. 

Eyyub Hüseynov vurğulayıb ki, restoranlardakı sözügedən problem Azərbaycanda turizmin inkişafına çox böyük zərbədir və ölkəmiz haqqında pis imicin formalaşmasına səbəb olan haldır.  

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin