Yazda hansı xəstəliklər qorxuludur – Nədən ehtiyyat etməliyik?

Hazırda oxunan: Yazda hansı xəstəliklər qorxuludur – Nədən ehtiyyat etməliyik?

15635

Yaz aylarında alergik xəstəliyi olan insanlar səhhətlərinə daha çox fikir versinlər.

Bu sözləri Bizim.Media terapevt Mətanət Nəcəfova söyləyib.

O əlavə edir ki, el arasında yaza qanın qaynadığı fəsil əbəs yerə deyilmir. Çünki, insan orqanizmində dəyişikliklər bu fəsildə baş verir:

“Ona görə də həm alergik həm mədə- bağırsaq problemindən əziyyət çəkən şəxslər daha ehtiyyatlı olsunlar. Fəsil girən kimi həkim müayinəsində olsunlar ki, xəstəlikləri başqa istiqamətə yönəlməsin”.

Terapevt söyləyir ki, yaz fəsli ürək - damar xəstəliklərindən əziyyət çəkən xəstələr üçün də həsas bir dönəmdir:

“Xəstələrə mütamadi olaraq həkimləri ilə ünsiyyətdə olmağı tövsiyyə edirik. Həmçinin,   yaz fəslində nevroloji xəstələr üçün də çətin bir fəsildir. Tez-tez hal dəyişiklikləri onların psixologiyasına pis təsir edir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin