Bu şəxslərə SMS-icazə tətbiq edilə bilər – Adil Qeybulla - VİDEO

Hazırda oxunan: Bu şəxslərə SMS-icazə tətbiq edilə bilər – Adil Qeybulla - VİDEO

15630

“Yoluxma sayındakı artım bir neçə gün də davam edərsə, bunu üçüncü dalğa kimi dəyərləndirə bilərik”.

Bizim.Media xəbər verir ki, bu sözləri ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib. O bildirib ki, karantin davranış qaydalarına əməl edilməsə, daha sərt tədbirlərlə üz-üzə qalacağıq”.

 

MÖVZU İLƏ BAĞLI:

Martın 13-dən sonra nə baş verəcək? – 5 aprelə kimi...


“Epidemioloji vəziyyət pisləşərsə, bu, o deməkdir ki, mövcud situasiya infeksiyanın yayılmasını cilovlaya bilmir.

Belə olan halda isə sərtləşdirilməyə gedilməli, müəyyən mənada təmasların azaldılmasına yönəlik digər qadağalar tətbiq edilməlidir.

Hazırkı situasiya isə imkan vermir ki, infeksiyanın yayılması cilovlansın. Bu səbəbdən təmasların azaldılması istiqamətində qərarların verilməsi mümkündür. Risk qrupunda olan və vaksin olunmayan şəxslərə SMS-icazə və s. tətbiq edilə bilər”. 

A. Qeybulla Azərbaycanda koronavirusa daha çox qadınların yoluxmasına da aydınlıq gətirib:

“Daha çox qadınların koronaya yoluxmasının səbəbi sosial faktorlardır. Çünki qadınlar daha çox ünsiyyətdə olurlar və yəqin ki, ünsiyyətdə olan zaman qaydaları daha çox pozurlar. Təmas nə qədər çox olarsa, yoluxma da o qədər çox olar”. 

Həkim onu da qeyd edib ki, ölkəmizdə qeydə alınan Britaniya ştammı ilə Cənubi Afrikada tapılan yeni növ virus oxşardır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin