Yevlax şəhərində Qarabağ erməni icmasının nümayəndələri ilə Azərbaycan tərəfinin görüşü baş tutub. Azərbaycanın son 2 gündə Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsi olan bu görüş reinteqrasiya prosesində yeni səhifə aça bilər.
Eyni zamanda bu görüş Cənubi Qafqaza davamlı sülhün gəlməsinə də yol aça bilər. Mövzu ilə bağlı gürcü politoloq Gia Xuxaşvilinin mövqeyini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Yevlax görüşü ümumilikdə mühüm hadisədir:
“Bu görüş hətta 35 illik bir münaqişəni sonlandıra bilər. Hər halda, bunun baş verəcəyinə həqiqətən ümid edirəm. Bu cür təşəbbüslərin və görüşlərin Cənubi Qafqaza tezliklə sülh gətirəcəyinə isə tam inanmıram.
Çünki, Gürcüstanda problemlər dondurulmuş şəkildə qalıb. Cənubi Qafqaza davamlı sülhün gəlməsi üçün gərəkdir ki, Gürcüstanında suveren hüquqları və ərazi bütövlüyü bərpa olunsun. Amma çox təəssüf ki, Gürcüstan o gündən hələ çox uzaqdadır.
Bundan əlavə, mən inanmıram ki, Rusiya Cənubi Qafqazda sabitliyin olmasında maraqlı ola”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:50 / 21.09.2023
Gia Xuxaşvili: “Yevlax görüşü 35 illik münaqişəni sonlandıracaq” – ÖZƏL
Hazırda oxunan: Gia Xuxaşvili: “Yevlax görüşü 35 illik münaqişəni sonlandıracaq” – ÖZƏL
Hazırda oxunan: Gia Xuxaşvili: “Yevlax görüşü 35 illik münaqişəni sonlandıracaq” – ÖZƏL
156295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.