Rusiyanın qalmaqallı aktyor və aparıcısı Marat Başarov özündən 13 yaş kiçik aktrisa Asya Borisova ilə münasibətlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, “Rossiya 1” kanalında yayımlanan “Həyat və tale” verilişinə müsahibə verən Marat Asyanı özünə uyğun qadın hesab etdiyini və onunla evlənməyə hazırlaşdığını açıqlayıb.
Bundan əvvəl 49 yaşlı televiziya ulduzu üç dəfə evlənib. Onun hər iki keçmiş xanımı Başarovu cinsi və məişət zorakılığından ittiham edib. Keçmiş həyat yoldaşı Yekaterina Arxarova bildirib ki, sənətçi onu o qədər döyüb ki, xəstəxanaya getməli olub. İkinci həyat yoldaşı Yelizaveta Şevırkova da ailə münaqişələri nəticəsində aldığı xəsarətlərdən sonra həkimlərdən kömək istəyib.
Başı səs-küylü hadisələrdən açılmayan Başarov yenidən evlənməyə hazır olduğunu dilə gətirib:
“Bu, ilk baxışdan sevgi idi. Hələ evlilik təklifi etməmişəm, amma bu haqda düşünürəm. Baxmayaraq ki, deyirlər ki, eyni çınqılların üstünə addım atma, amma mən basacağam!
Əminəm ki, bu dəfə də ayağımızın altında ruhlu, yüngül, gözəl, ailə çınqılları olacaq”.
Başarovun sözlərinə görə, yeni sevgilisi ona güvənir və buna görə də ona əl qaldıracağından qorxmur:
“Necə deyərlər, canavardan qorxursansa, meşəyə getmə”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:28 / 21.09.2023
Keçmiş xanımlarını döyən rusiyalı aktyor: “Yeni sevgilim ona əl qaldıracağımdan qorxmur”
Hazırda oxunan: Keçmiş xanımlarını döyən rusiyalı aktyor: “Yeni sevgilim ona əl qaldıracağımdan qorxmur”
Hazırda oxunan: Keçmiş xanımlarını döyən rusiyalı aktyor: “Yeni sevgilim ona əl qaldıracağımdan qorxmur”
156285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.