“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin silsilə irimiqyaslı hərbi təxribatlarını və terror aktlarını, erməni kəşfiyyat-diversiya qruplarının Qarabağda yerləşdirdiyi minaların partladılması nəticəsində mülki şəxslərin həlak olmasını pisləyir”.
Baş Katiblik həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.
Bizim.Media xəbər verir ki, bu fikirlər İƏT Baş Katibliyinin sentyabrın 20-da yaydığı bəyanatda ifadə olunub.
Bəyanatda deyilir:
“Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata, habelə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və Ermənistan silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmağa çağırır.
2023-cü il martın 16-17-də Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul edilmiş qətnaməni xatırladan Baş Katiblik, Azərbaycan və Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına çağırır.
Baş Katiblik hesab edir ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli danışıqlar prosesinin davam etdirilməsinin təmin olunması regionda sülh, təhlükəsizlik, firavanlıq və davamlı sabitliyin bərqərar olunmasının yeganə yoludur”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:52 / 20.09.2023
İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha BƏYAN EDİB
Hazırda oxunan: İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha BƏYAN EDİB
Hazırda oxunan: İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha BƏYAN EDİB
156223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.