Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

156200

Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə TDT-nın yaydığı bəyanatda qeyd edilib. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu, minaların yerləşdirilməsi, təbii sərvətlərin istifadəsi, silah-sursat və hərbi texnikanın qaçaqmalçılığı, eləcə də şəxsi heyətin qeyri-qanuni rotasiyasının həyata keçirilməsi normallaşma prosesinə ciddi zərbə vurur. 

Təşkilat Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərinin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir. 
“Baş katib terrorla mübarizə tədbirlərinə təkan verən təxribat nəticəsində şəhid olan hərbçilərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir” – deyə bəyanatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin