"Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub".
Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, nəticədə strateji obyektlər zərər görüb, Şuşa şəhərinin işıqlandırılmasında fasilələr yaranıb:
"Bütün bunlar bir daha göstərir ki, erməni silahlı qüvvələri əvvəlki dövrdə olduğu kimi, mülki şəxslərə qarşı terror cinayətlərini davam etdirir. Qeyd olunan faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmaqla istintaq aparılır, əməkdaşlarımız hazırda cinayət işləri üzrə mümkün istinatqa hərəkətlərini həyata keçirir, ilkin sübutları toplayır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 20.09.2023
Düşmən Şuşanı atəşə TUTUB - RƏSMİ
Hazırda oxunan: Düşmən Şuşanı atəşə TUTUB - RƏSMİ
Hazırda oxunan: Düşmən Şuşanı atəşə TUTUB - RƏSMİ
156099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.