“Rusiyada həyat davam edir, paxıllığım tutur”.
Bizim.Media xəbər verir ki, xalq artisti Tünzalə Ağayeva bu sözləri Rusiyadakı konsertindən sonra sosial media hesabında paylaşdığı videoda deyib.
Müğənni uzun fasilədən sonra səhnəyə çıxmağın təəssüratlarını bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
“Əsgər yolu” gözləyən Tünzalədən YENİ KLİP - VİDEO
“Moskvada yaşayan soydaşlarımıza, sevənlərimizə təşəkkür edirəm ki, mənim mahnılarımı dinlədilər. Çox gözəl axşam oldu. Novruz bayramını fərqli tərzdə yaşadıq. Səhnə üçün darıxdığımı anladım. Moskvada həyat davam edir.
Burada Böyük Teatrdan tutmuş bütün mədəniyyət ocaqları fəaliyyətini davam etdirir. Paxıllığım tutur. Çünki biz sənət adamları və tamaşaçıların səhnəyə ehtiyacı var. Ona görə də arzulayıram ki, tezliklə Bakıda konsert zalları açılsın”.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə və qızı Aysun da Moskvada səhnəyə çıxmışdılar.
Aliyə İlyas, Bizim.Media