"Azərbaycan antiterror tədbirlərində beynəlxalq normalara əməl edir" - Vüqar İskəndərov

Hazırda oxunan: "Azərbaycan antiterror tədbirlərində beynəlxalq normalara əməl edir" - Vüqar İskəndərov

156024

"Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də bütün beynəlxalq norma və qaydalara əməl edir. Biz bunu sentyabrın 19-da başlanan antiterror tədbirlərinin gedişində bir daha müşahidə etdik”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb:

“Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”.

Deputatın sözlərinə görə, ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır: 

“Bu da Azərbaycanla Ermənistanın fərqini bir daha ortaya qoyur. Məlumat üçün bildirim ki, 44 günlük müharibə zamanı Ermənistan bütün beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, Azərbaycanın dinc sakinlərini, hərbi obyekt olmayan əraziləri atəşə tuturdu. Bu da onların əsl xislətindən irəli gəlir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin