Türk Şurasının sammiti video konfrans rejimində keçiriləcək

Hazırda oxunan: Türk Şurasının sammiti video konfrans rejimində keçiriləcək

15599

Koronavirus pandemiyasına görə, Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının planlaşdırılımış qeyri-rəsmi sammiti videokonfrans rejimində keçiriləcək.

Bizim.Media qazaxstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxstan Xarici İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasının zirvə toplantısı İstanbulda keçiriləcək


Məlumatda bildirilir ki, hökumət pandemiya ilə bağlı yaranmış son vəziyyəti təhlil edib və 31 mart 2021-ci il üçün planlaşdırılmış zirvə toplantısını video formatda keçirilməsinə qərar verib. 

"Epidemioloji vəziyyətlə əlaqədar Qazaxıstan tərəfi Türküstan şəhərində 31 mart tarixinə planlaşdırılan Türkiyə Şurasının qeyri-rəsmi sammitinin video konfrans rejimində keçirilməsi barədə qərar qəbul edib. Katibliyə bu qərar barədə rəsmi məlumat verilib”.

Toplantıda TDƏŞ-a üzvü olan bütün dövlət başçıları və təşkilatda müşahidəçi olan Macarıstanın baş naziri iştirak edəcək..

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanıb.

Hazırda üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir. Macarıstan müşahidəçi statusuna malikdir. Təşkilatın qərargahı İstanbulda yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin