Asim Mollazadə antiterror tədbirlərindən DANIŞDI – “Başqa çıxış yolu yoxdur” 

Hazırda oxunan: Asim Mollazadə antiterror tədbirlərindən DANIŞDI – “Başqa çıxış yolu yoxdur” 

155958

Erməni faşistlərin Azərbaycana qarşı təxribatları səngimək bilmir. Sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan "Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. 

Nəticədə agentliyin 2 əməkdaşı-Samir Sabiroviç Sadıxov və Fərhad Hüseynağa oğlu Quliyev həlak olublar. 

Saat 11:45 radələrində isə Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. 

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.  

Bu təxribatlar onu göstərir ki, Ermənistan və qondarma terrorçu rejim sülh müqaviləsinin imzalanmasında qətiyyən maraqlı deyillər.  

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, bütün qanunsuz silahlı qüvvələr dərhal Azərbaycan ərazisindən çıxardılmalıdır:  
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Qarabağda antiterror əməliyyatları BAŞLADI


“Bu ağır qərardır, amma Azərbaycanın başqa çıxış yolu yoxdur. Üçtərəfli bəyanat ermənilər tərəfindən kobud surətdə pozulur. Azərbaycan ərazisindən erməni silahlı dəstələri çıxardılmayıb.

Sülhməramlı qüvvələr Azərbaycana məhz bu qoşunlar çıxarıldıqdan sonra gəlməli idilər. Hazırda isə onu görürük ki, sülhməramlı adlanan qüvvələr erməni silahlı dəstələrinə mina terrorunu davam etdirməkdə dəstək verir.  

Ona görə də Azərbaycan çox ağır qərarlar qarşısındadır. Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə, Azərbaycan özü terrorla mübarizəni gücləndirməli və terroristlər ölkəmizin ərazisindən çıxardılmalıdır.

Bunu dərhal etməliyik. Azərbaycan ərazisində hərbi cinayətkar rejim terror vasitəsilə ölkə əhalisinin Qarabağa qayıdışının qarşısını almağa, burada həyata keçirilən inşaat proseslərinə maneə törətməyə çalışır”. 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinə start verildiyini açıqlayıb.  

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin