Venesiya dünyanın ən gözəl şəhəri seçildi

Hazırda oxunan: Venesiya dünyanın ən gözəl şəhəri seçildi

155871

İtaliyanın Venesiya şəhəri dünyanın ən gözəl şəhərləri siyahısında ilk pillədə yer alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “World of Statistics” jurnalı məlumat yayıb.

Venesiya reytinqdə 83,3 faizlik göstərici ilə ilk sırada, İtaliyanın paytaxtı Roma 82 faizlik göstərici ilə ikinci, Milan 75,1 faizlik göstərici ilə 10-cu, Florensiya isə 73,6 faizlik göstərici ilə 13-cü pillədə qərarlaşıb.
Venesiya XXI əsrdə məşhur turizm məkanı, mədəniyyət mərkəzi olaraq qalıb və dəfələrlə dünyanın ən gözəl şəhəri seçilib.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Venesiya romantik ab-havası ilə filmlərə, kitablara və sevənlərə ilham verən Avropa şəhəridir. “Dənizlər kraliçası” adlandırılan Venesiya şəhəri İtaliyanın şimal-şərqində, Adriatik dənizinin sahilində yerləşir. Şəhər kanalları, qayıqları, tarixi yerləri, çoxəsrlik binaları, dar küçələri, İntibah və Bizans memarlığının füsunkar izləri ilə məşhurdur. Venesiya bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb və adalar arasında 400-dək körpü var.

Venesiya dünyanın ən turistik şəhəridir. Adada yaşayan əhali cəmi 50 min nəfər olsa da, şəhəri hər il təxminən 20 milyonadək turist ziyarət edir.

Şəhər dünyada məşhur olan karnavala, müxtəlif vaxtlarda festivallara, beynəlxalq incəsənət sərgisinə (Biennale), kinofestivallara ev sahibliyi edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin