“Energetika haqqında” yeni qanun layihəsi hazırlanıb

Hazırda oxunan: “Energetika haqqında” yeni qanun layihəsi hazırlanıb

155826

Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, komitə sədri Sadiq Qurbanov iclasın gündəliyinə daxil edilən məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. 

Sonra o, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təqdim edib. Komitə sədri, sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirə olunacağını söyləyib.  

Gündəlikdəki növbəti məsələ - “Energetika haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub.

Sənədi diqqətə çatdıran Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, 6 fəsil, 28 maddədən ibarət qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb. 

Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir. 
Layihə ilə bağlı çıxış edən komitə üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev sənədi dəstəkləyərək, bəzi fikir və qeydlərini söyləyiblər.

İclasda iştirak edən energetika nazirinin müavini Samir Vəliyev, Energetika Nazirliyinin şöbə müdiri İbrahim Ağayev çıxışlarda səsləndirilən sualları ətraflı cavablandırıb, bəzi məqamlara aydınlıq gətiriblər. 

Müzakirələrin sonunda “Energetika haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub. 

Sonra iclasda bir sıra cari məsələlərə baxılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin