“Ermənilər ya vətəndaşlığımızı qəbul edəcəklər, ya da köçüb gedəcəklər” – Tofiq Zülfüqarov  

Hazırda oxunan: “Ermənilər ya vətəndaşlığımızı qəbul edəcəklər, ya da köçüb gedəcəklər” – Tofiq Zülfüqarov  

155749

“Qarabağda baş verən son hadisələr bölgədə yaşayan erməni əhalini qaçılmaz seçim qarşısında qoyur. Onlar 2 variant arasında seçim etməlidirlər. Ya Azərbaycan vətəndaşlığı üçün müraciət edəcəklər, ya da başqa yerə köçüb gedəcəklər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfqarov sosial şəbəkə hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam-Xankəndi yolu ilə alacaqları xidmətə görə ermənilər ödənişi necə edəcəklər? – Tofiq Zülfüqarov AÇIQLADI


O, qeyd edib ki, artıq humanitar yardım maşınlarının Laçın və Ağdam-Xankəndi yolundan keçməsi məsələsi həll olunub: 

“Bu sülhməramlıların müvəqqəti nəzarət zonasında yaşayan hər bir ailənin qərar verməsi üçün “dekorasiya” mahiyyəti daşıyır”. 

Qeyd edək ki, Qarabağda fəaliyyət göstərən separatçı rejim sentyabrın 17-də rəsmi Bakının irəli sürdüyü şərtlə razılaşdıqlarını elan ediblər. Razılaşmaya əsasən, humanitar yüklər Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri ilə Laçın və Ağdam yolları ilə paralel şəkildə daşınacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin